Interposta.Info

Koronavirusa məhəl qoymayıb xəstələnən azərbaycanlı futbolçu testdən keçdi

İdman
 10-04-2020, 11:33     405

Ukrayna "Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev koronavirusa görə testdən keçib.

"İnterPosta" xəbər verir ki, bu barədə 35 yaşlı keçmiş yarımmüdafiəçi "İnstagram" hesabından məlumat verib. O, bildirib ki, hazırda öskürəyi var və günortadan sonra temperaturu 36.5 olur, axşam isə 36,9-a yüksəlir: "Mənə elə gəlir ki, hamımız uzun müddət bu xəstəlikdən əziyyət çəkmişik".

Qeyd edək ki, Aleksandr Əliyev daha öncə koronavirusla bağlı xəbərləri feyk adlandırıb. O, küçələrə maskasız çıxaraq, insanlarla ünsiyyətdə olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26