Azərbaycan yığması Makedoniyaya yenə qalib gəldi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşü keçirib.
"İnterPosta" məlumatına görə, rəqib yenə Makedoniya yığması olub. Görüş Samir Əliyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə də Azərbaycan millisi qalib gəlmişdi - 2:0.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26