Interposta.Info

Kriştianu Ronaldo çempiona qələbə qazandırıb, izləyicilərlə fərq artıb

İdman
 20-01-2020, 09:42     401

İtaliya A seriyasında XX tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 6 oyun keçirilib.

“İnter” çempionluq yolunda növbəti zərbə alıb. Milanlılar “Leççe” ilə heç-heçə edib.

Daha iki qarşılaşmada qalib müəyyənləşməyib. “Breşiya” “Kalyari” ilə, “Bolonya” isə “Verona” ilə sülhə imza atıb.

Son çempion “Yuventus” “Parma”nı qəbul edib. Turin təmsilçisi Kriştianu Ronaldonun qolları ilə qalib gələrək liderliyini möhkəmlədib. “Ağ-qaralar” “İnter”lə xal fərqini 4-ə çatdırıb. “Milan” “Udineze”yə, “Roma” “Cenoa”ya qalib gəlib.

Qeyd edək ki, tura yanvarın 20-də yekun vurulacaq.

İtaliya A seriyası
XX tur
19 yanvar
“Milan” – “Udineze” – 3:2
Rebiç, 48, 90, Ernandes, 71 – Ştriqer-Larsen, 60, Lasanya, 85
“Cenoa” – “Roma” – 1:3
Pandev, 45 – Ündər, 5, Birasçi, 44 (avtoqol), Dzeko, 74
“Leççe” – “İnter” – 1:1
Mankosu, 77 – Bastoni, 71
“Breşiya” – “Kalyari” – 2:2
Torreqrossa, 27, 49 – Pedro, 20, 68 (pen.)
“Bolonya” – “Verona” – 1:1
Bani, 20 – Borini, 81
“Yuventus” – “Parma” – 2:1
Ronaldo, 43, 58 – Kornelius, 55

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26