Interposta.Info

Kadırov oyun zamanı mikrafonla hakimi söydü (VİDEO)

İdman
 12-08-2019, 11:01     10 433

Çeçenistan prezidenti Ramzan Kadırov hərəkəti ilə növbəti dəfə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, o, Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" oyununda qalmaqala səbəb olub. Belə ki, baş hakim Aleksey Suxoyun idarəçiliyindən narazı qalan Kadırov "Axmat Arena"da keçirilən matçın 82-ci dəqiqəsində mikrafonu əlinə alaraq "Hakim, prezervativdir" qışqırıb.

Qeyd edək ki, qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Kadırov 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26