Interposta.Info

İnnosent Emeqara “Qarabağ”ın yeni müqavilə təklifini qəbul etməyib

İdman
 7-05-2019, 11:56     10 458

“Qarabağ”ın futbolçusu İnnosent Emeqara klubun yeni müqavilə təklifini qəbul etməyib.

“Report” xəbər verir ki, 30 yaşlı isveçrəli hücumçu bu barədə “Bilck” portalına bildirib.

Onun sözlərinə görə, Ağdam təmsilçisinin irəli sürdüyü şərtlər onu qane etməyib. Ancaq Nigeriya əsilli forvard məsələnin hələ açıq qaldığını vurğulayıb: “Görək nə baş verir”.

Qeyd edək ki, 2014/2015 mövsümündə də “Qarabağ”da çıxış edən Emeqara ötən yay Ağdam klubuna qayıdıb. O, cari mövsümdə Premyer Liqada 11 oyun 5 qol vurub. Avrokubokda iştirak etdiyi 3 matçda isə 1 dəfə qırmızı vərəqə görməklə diqqət mərkəzinə düşüb. Ötən ilin sonunda zədələndiyi üçün əməliyyat olunan forvard əsas heyətdəki yerini itirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26