Ramil Şeydayev öz ad günündə də fərqləndi: üç turda üç qol - VİDEO
Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasının 20-ci turunda növbəti qolunu vurub.
R.Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” klubunun saytı yayıb.
Bildirilir ki, futbolçumuz martın 15-də “Anji” klubuna qarşı keçirilən qarşılaşmanın 88-ci dəqiqəsində penaltini qola çevirə bilib.
“Krılya Sovetov”da çıxış edən digər Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov isə qarşılaşmanın 28-ci dəqiqəsində vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.
“Krılya Sovetov” qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub. Bu qələbədən sonra samaralılar 19 oyundan 24 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəliblər.
Xatırladaq ki, martın 15-də 23 yaşı tamam olan R.Şeydayev bundan əvvəl “Lokomotiv” və “Yenisey” ilə qarşılaşmalarda fərqlənə bilib. Bu, onun üç ardıcıl turda üçüncü qoludur./virtualaz.org
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26