Interposta.Info

"Qalatasaray" 18 yaşlı futbolçusunu 74 milyona satdı

İdman
 16-01-2019, 13:51     10 663

"Qalatasaray" Ozan Kabakı Almaniyanın "Ştutqart" klubuna satıb.

Bu barədə "BİP Spor" məlumat yayıb.

Bildirilib ki, Bundesliqa klubu 18 yaşlı futbolçu üçün "Qalatasaray"a 12 milyon avro (74 milyon lirə) ödəyəcək.

Qeyd edək ki, Ozan Kabak bu mövsümdən İstanbul klubunun əsas komandasına cəlb olunub. 18 yaşlı müdafiəçiyə Fatih Terim 13 Super Liqa və 4 Çempionlar Liqası matçında oynamaq şansı verib. O, ümumilikdə 1444 dəqiqə meydanda olub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26