Interposta.Info

Məşhur idmançımızdan həmcinsi ilə nişanlanması xəbərinə CAVAB — "Həmin xanım evlidir"

İdman
 21-12-2018, 12:08     10 424

Məşhur taekvandoçu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova həmcinsi ilə nişanlanması barədə yayılan xəbərlər aydınlıq gətirib.

İnterPosta.info
bildirir ki, idmançı "Ölkə.Az"-a açıqlamasında bildirib ki, fotodakı xanımla qohumdur:

"Aytən xanım mənim uzaq qohumumdur. Belə şayiələrin yayılmağı doğru deyil. Aytən xanım ailəlidir və bu, onun ailəsində böyük problem yarada bilər. Bu xəbəri ilk yazan saytla danışdım və doğum günündən çəkilmiş fotoları göndərdim. Bir daha deyirəm ki, həmin fotolar doğum günündə çəkilib. Mənim "İnstagram"da şəkil paylaşmağımın belə problem yaratmağının səbəbini anlamıram. Belə çıxır ki, bundan sonra hansısa fotonu paylaşanda ehtiyat etməliyik?"
F.Əzizova bildirib ki, barəsində ilk dəfə belə xəbər yayılır. İdmançı əməkdaşımızın "həmcinslərin evliliyinə münasibətiniz necədir" sualını belə cavablandırıb:
"Bu barədə nəsə deyə bilmərəm. Hər adamın şəxsi həyatı var".

Qeyd edək ki, idmançının sosial şəbəkə hesabında "Həyatın hər dəqiqəsini sevin" şərhiylə paylaşdığı fotolar onun həmcinsi ilə nişanlanması barədə xəbərlərin yayılmasına səbəb olmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26