Interposta.Info

Polis “Qarabağ”ın futbolçusunu saxladı

İdman
 30-10-2018, 10:25     10 416

Bu gün axşam saatlarında Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Araz Abdullayev Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.

"İnterPosta"nın məlumatına görə, bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər.

10-BX-007 dövlət nömrə nişanlı, "Maserati” markalı avtomobili idarə edən Abdullayevin hansı səbəbdən saxlanıldığı dəqiq bilinməsə də, onun zəng edərək cərimədən yayındığı bildirilir.

Qeyd edək ki, Araz Abdullayev daha öncə də yol hərəkət qaydalarını pozması nəticəsində DYP əməkdaşları tərəfindən saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26