Interposta.Info

Ata Abdullayev reketlik etdiyinə görə saxlanılıb (Yenilənib)

Gündəm
 12-03-2021, 23:44     660


Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

Sabah.az-ın məlumatına görə, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil.

Qeyd edək ki, Ata Abdullayev ictimaiyyət arasında şantajçı, şəxsi həyata müdaxilə və reket bloger kimi tanınır.

****
Unikal.org-un məlumatına görə, A.Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26