Interposta.Info

Las-Veqas polisi Ronaldunun zorlama işinin araşdırılmasını yeniləyib

İdman
 2-10-2018, 09:00     10 457

Las-Veqasın Polis Departamenti bildirib ki, sentyabrda "Yuventus"un portuqaliyalı hücumçusu Kriştian Ronaldunun zorlama işi ilə bağlı təhqiqatı yeniləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BBC-nin müxbiri Den Roan özünün "Twitter" səhifəsində məlumat yayıb.

Belə ki, jurnalist polisin həmin hadisə ilə bağlı rəsmi məlumatını yayımlayıb. "2009-cu ilin 13 iyununda Las-Veqasın Polis Departamentinə seksual zorakılıq barədə zəng daxil olub. Zorakılığın qurbanı olmuş qadın hadisənin baş verdiyi yer və şübhəli şəxsin əlamətləri barədə məlumat verməyib. Lakin tibbi baxış keçirilib. 2018-ci ilin sentyabrında iş yenidən açılıb. Bizim detektivlər zorakılığa məruz qalmış şəxsdən informasiya alırlar. Araşdırma aparılır və onun təfsilatı indi açıqlanmayacaq" – deyə məlumatda bildirilir.

Daha əvvəl Almaniyanin "Spiegel" jurnalı da bildirib ki, hadisə 2009-cu ildə ABŞ-ın Las-Veqas şəhərində Ronaldu və Ketrin Mayorqi arasında baş verib. Sonradan futbolçu qıza 375 min dollar ödəyib ki, bu barədə ətraflı danışmasın. Mayorqinin hüquqşünasları bildirirlər ki, futbolçu zorlama faktını inkar edir.

O da məlumdur ki, portuqaliyalı alman nəşrini məhkəməyə vermək niyyətindədir. Ronaldunun vəkili Kristian Şerç şəxsi həyat sahəsində şübhəli məlumatların yayılmasının yolverilməz olduğunu bildirib. O, qeyd edib ki, müştərisinin hüquqlarının müdafiəsinə nail olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26