Interposta.Info

Azərbaycan güləşçisi dünyanın bir nömrəli idmançısıdır

İdman
 3-08-2018, 13:32     10 463

Ümumdünya Güləş Birliyi güləşçilərin reytinqini açıqlayıb.

Oxu.Az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov dünya reytinqinə başçılıq edən yeganə Azərbaycan idmançısıdır.

İstanbulda keçirilmiş 23 yaşadək gənclərin sonuncu Avropa çempionatının qalibi reytinqdə 45 xal qazanıb. O, yunan-Roma güləşində reytinqdə ilk dəfə I sıraya yüksələn üç idmançıdan biri olub.

Yunan-Roma güləşçiləri ilk “beşlik”də yer alan digər idmançılarımız isə bunlardır:

60 kq – Murad Məmmədov (V yer)

72 kq – Rəsul Çunayev (IV yer)

97 kq – Orxan Nuriyev (II yer)

Kişi sərbəst güləşçilərimizdən isə cəmi iki, qadınlardan isə bir nəfər “beşliy”ə düşə bilib:

61 kq – Mircəlal Həsənzadə (IV yer)

79 kq – Cəbrayıl Həsənov (II yer)

50 kq – Mariya Stadnik (II yer)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26