Interposta.Info

DÇ-2018: Mundialın ən gözəl qolu müəyyənləşdi

İdman
 26-07-2018, 09:25     10 432

DÇ-2018-in ən gözəl qolu müəyyənləşib.

"XeberBiz" apasport.az-a istinadən xəbər verir ki, bu barədə FİFA öz saytında səsvermə keçirib. Ümumilikdə 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərildiyi seçimlərdə azarkeşlər Benjamin Pavarın qolunu önə çıxarıblar.

Belə ki, Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Maraqlıdır ki, 2006-cı ildən təsis olunan "Mundialın ən gözəl qolu” nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina – 2006), Dieqo Forlan (Uruqvay – 2010) və Xames Rodrigezin (Kolumbiya – 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26