Medvedevin xanımı futbolda emosiyalarını cilovlaya bilmədi

Ötən gün Moskvanın "Lujniki” stadionunda İspaniya yığması ilə qarşılaşan Rusiya millisi rəqibini 3:4 hesabı ilə udaraq 1/4 finala çıxıb.
"Qafqazinfo”nun rus KİV-nə istinadən verdiyi məlumata görə, matçı izləyənlər arasında Rusiya baş naziri Dmitri Medvedevlə xanımı Svetlana Medvedeva da olub.
FİFA rəhbəri Canni İnfantino və İspaniya kralı VI Filipp ilə VIP tribunada əyləşən S. Medvedeva oyunun diqqət mərkəzində olan azarkeşlərindən olub. Onun bütün oyun ərzində gah sevincdən, gah da güclü həyəcandan əl-qolu ilə etdiyi emosional hərəkətləri marağa səbəb olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26