Rusiya-2018: Gərgin oyunda ikinci qol vuruldu -
Bu gün Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının C və D qruplarında sonuncu turun oyunları keçiriləcək.
C qrupunda Avstraliya-Peru və Fransa-Danimarka matçı keçiriləcək. Hesabında 6 xal olan Fransa qrupda birinci yerdə qərarlaşıb. Danimarka 4 xalla ikinci, Avstraliya 1 xalla üçüncü, aktivində xal olmayan Peru isə sonuncudur.
Avstraliya və Peru komandaları tarixdə ilk dəfə Soçidəki “Fişt” stadionunda qarşılaşacaqlar.
Qrupun digər oyunu – Danimarka-Fansa matçı isə Moskvadakı “Lujniki” stadionunda təşkil olunacaq. Hər iki görüş 18:00-da başlayacaq.
D qrupunda isə Nigeriya-Argentina və İslandiya-Xorvatiya qarşılaşmaları baş tutacaq.
Nigeriya-Argentina oyunu “Sankt-Peterburq Arena”da keçiriləcək.
Qrupun digər oyununda isə Xorvatiya və İslandiya yığmaları “Rostov Arena”da üz-üzə gələcəklər.
Qrupun hər iki görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
***
Peru yığması 18-ci dəqiqədə Andre Karillonun qolu ilə komandasını Avstraliya qarşısında önə keçirdi: 1-0.
***
Xose Paolo Querrero 50-ci dəqiqədə Perunun ikinci qolunu vurdu.
interposta.info
axar.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26