"Top əlimə dəymişdi, penalti idi" -
"Real"ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab oyununda (2:2) hakimin onların qapısına penalti təyin etmədiyi epizod haqda danışıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi bununla bağlı deyib: "Bəli, top əlimə dəymişdi. Penalti var idimi? Məncə, var idi".
Qeyd edək ki, "Real" iki matçın nəticəsinə (2:1, 2:2) əsasən finala çıxıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26