Interposta.Info

Ufuk Budak yenidən milli komandamızda

İdman
 10-03-2018, 12:39     10 451

"Samsunspor"un müdafiəçisi Ufuk Budak yenidən millimizə dəvət alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, milliləşdirilmiş futbolçu yığmamızın martın 23-də Belarus, 27-də isə Makedoniya ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılıb. Budakın Türkiyə 1-ci liqasının qarşıdakı turunun "Boluspor”la oyunundan sonra Azərbaycan millisinin düşərgəsinə yollanacağı qeyd olunub.

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov ötən həftə Budakın oyununu izləmək üçün köməkçisi Elçin Rəhmanovu qardaş ölkəyə göndərmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26