Interposta.Info

"Qarabağ" "vuran ayağını"

İdman
 9-01-2018, 23:29     10 550

“Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb.

"XeberBiz" Yenicag.az-a istinadən xəbər verir ki, Cənubi Afrika Respublikası millisinin üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb. Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya yollanmayıb. O, CAR-ın paytaxtı Yohannesburqdan Çinə uçacaq. Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.

Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında transfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 54 oyuna 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26