Bakı daha bir festivala ev sahibliyi edəcək
Bu gün Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimatı keçirilib
Mərasimdə müqaviləni Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç və baş katib Rafael Paqnozzi imzalayıblar.
Həmçinin, tədbirdə təqdimat Azad Rərimov və GİN-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib. (qafqazinfo.az)
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26