Interposta.Info

“Baku Fires”in üzvləri maaşsız qaldı

İdman
 3-11-2017, 10:50     9 894

“Baku Fires” klubunun idmançılarına və mənə - klubunun baş məşqçisinə son sezonun pulunu vermirlər”.

Bu barədə interposta.info-a Azərbaycanı Ümumdünya Boks Seriyasında (WSB) yarışan “Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talıbov məlumat verib.

Onun sözlərinə görə, klubun baş meneceri Rizvan Gənciyev idmançılar arasında olan razılaşmanı yerinə yetirməyib: “Şəxsən mənə 25 min dollar, boksçu Abdulqadir Abdullayevə 21 min dollar və Albert Səlimova təxminən 20 min dollar verməlidirlər. Son il komandanın yarısını ixtisara saldılar. Sonra iki ayın maaşını verdilər. Ümumi məbləğin 35 faizini ödəyiblər, lakin qalan məbləği və mükafatı vermirlər. Klub hazırda dağılıb, idmançılarımız maaşsız qalıb.

Biz ümid edirik ki, məsələ Azərbaycan Boks Federasiyasının rəhbərliyinə çatacaq. Onlar problemin həlli üçün yardım göstərəcək. İdmançıların çoxu banklardan pul götürüblər, borcları var. Bizim komandamızda qazax, belarus, gürcü idmançılar olub. Onlar Azərbaycan haqqında neqativ təəssüratla ölkədən ayrılıblar”.

Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasından bildiriblər ki, “Baku Fires” müstəqil komanda olub, Ümumdünya Boks Seriyasında (WSB) yarışan klub kimi fəaliyyət göstərib. Onun Boks Federasiyasında aidiyyəti olmayıb. Komanda bir il yarımdır - 2016-cı ilin may ayından öz fəaliyyətini dayandırıb. 2016/2017-ci il mövsümündə heç bir yarışa çıxmayıb. Ümumiyyətlə, heç bir mübarizəyə qoşulmayıbsa, komanda öz fəaliyyətini dayandırıbsa, onun idmançıları və baş məşqçisi necə maaş ala bilər? Bu komanda fəaliyyəti dönəmində maaş alıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26