Interposta.Info

“Qarabağ”a ağır itki

İdman
 30-10-2017, 11:53     9 134

“Atletiko” ilə Bakıdakı matçda zədələnən “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun uzun müddətə sıradan çıxdığı məlum olub.

interposta.info Apasport.az-a istinadən xəbər verir ki, bu günlərdə əməliyyat olunan müdafiəçinin zədəsini sağaltması prosesi əvvəlcə təxmin olunan müddətdən çox çəkəcək.

Bu isə o deməkdir ki, Hüseynov “Atletiko” ilə səfərdəki qarşılaşma ilə yanaşı, hələ xeyli oyunu buraxmalı olacaq. Onun ilin sonuna qədər yaşıl meydana çıxmayacağı dəqiqdir. Bədavinin hətta 8 ay ərzində “Qarabağ”ın və millinin formasını geyinməyəcəyi də istisna edilmir.

Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunun üzvüdür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26