Interposta.Info

Britaniyalı nazirin “Qarabağ”dan istəyi: 7-0 udun!

İdman
 14-09-2017, 21:13     9 891

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.

interposta.info
APA-ya istinadən xəbər verir ki, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.

Nazir Azərbaycan komandasına “Çelsi”ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: “Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, “Çelsi-Qarabağ” oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq”.

O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: “Onun adı Britaniyanın futbol tarixinə yazılıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26