Interposta.Info

“Qarabağ” azarkeşlərindən müraciət:

İdman
 14-09-2017, 09:55     9 703

“Qarabağ”lı azarkeşlər klubun rəhbərliyinə müraciət ünvanlayıb.

Bununla bağlı onlar sosial şəbəkələrdə paylaşımlar edib. Paylaşımlarda stadionun amfiteatrı xatırlatdığı üçün “Roma” ilə oyuna oturacaqlara kiçik “Qarabağ” bayraqlarının qoyulmasını xahiş ediblər.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələ ilə bağlı Axar.az-a açıqlamasında bildirib ki, bu təşəbbüsü dünya futbolunda əsasən klubun özü yox, azarkeş qrupları həyata keçirir:

“Bu birbaşa azarkeşlərin təşəbbüsü olmalıdır. Klub yalnız bu işin təşkilatçılığını edə bilər. Bunu hər hansı özəl şirkətlər və ya fan-klubların özləri həyata keçirir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26