Interposta.Info

"Qarabağ"dan azarkeşlərə müraciət:

İdman
 7-09-2017, 07:26     10 461

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər matçını stadiondan izləmək istəyən azarkeşlərinə müraicət edib.

Axar.az klubun saytına istinadən xəbər verir ki, müraciətdə azarkeşlərdən oyunun biletlərini əldə etmək üçün 055- 400 - 49 -18 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunub.

Bundan başqa, ödənişlərin yalnız funt-sterlinqlə həyata keçirildiyi bildirilib. Bir biletin qiymətinin 35 funt-sterlinq olduğu vurğulanıb.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sentyabrın 12-i keçiriləcək.

interposta.info
"Qarabağ"dan azarkeşlərə müraciət:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26