Interposta.Info

“Real” sosial şəbəkədə də birincidir –

İdman
 16-08-2017, 07:24     9 837

Son 4 ildə 3 dəfə Çempionlar Liqasının qalibi olan “Real” yaşıl meydanda olduğu kimi, sosial şəbəkələrdə də rəqiblərini qabaqlayır.

“Kral klubu” rəsmi saytı vasitəsi ilə sosial şəbəkədə ən çox izlənilən klub olması ilə bağlı rəqəmləri açıqlayıb.

Belə ki, “Real” ilk idman brendidir ki, Feysbukda 100 (105), İnstaqramda 50 (52) və Tvitterdə 25 milyon izləyici toplaya bilib.

“Kral klubu”nun 3 aparıcı sosial şəbəkədəki izləyici sayı ümumilikdə 182 milyondan çoxdur. Bu nəticə ilə “Real” “Barselona”, NBA və “Mançester Yunayted”i qabaqlayır.

Bundan başqa, Madrid təmsilçisinin paylaşımlarına maraq “Barselona” ilə müqayisədə 50 faiz çoxdur./İdman Azərbaycan

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26