Interposta.Info

ŞOK: İslamiadada qızıl medal qazanan idmançımızdan dopinq çıxdı

İdman
 15-08-2017, 21:25     10 495

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin orqanizmindən istifadəsi qadağan olunmuş preparatı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov şəxsi “Facebook” səhifəsində yazıb. Lakin o, məsələnin təfərrüatları barədə açıqlama verməyib. Əvəzində T.Heydərov baş verənlərlə əlaqədar tutduğu vəzifələrdən istefa verdiyini bildirib:

“İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan başda olmaqla, bütün rəhbərlərə söz vermişdim. Onlara demişdim ki, bir daha komandamızda dopinq problemi olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26