Interposta.Info

Nurməhəmməd Hacıyevdən ikinci qızıl -

İdman
 19-05-2017, 21:53     609

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib. İlk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıblar.

Onlardan biri ümidləri doğrultmasa da, digər üçü yığmamızın aktivinə medal yazdırıb. Bu mükafatlardan ikisi "qızıl", biri isə "gümüş" olub.

97 kq çəkidə Azərbaycanı təmsil edən dağıstanlı legioner Nurməhəmməd Hacıyev də güləşib. 21 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallh Kərəmə qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edib.

İranlı Əmir Muhammadi ilə baş tutan final döyüşünə təmsilçimiz yaxşı başlamayıb. O, 0:2 hesabı ilə geri düşdükdən sonra təşəbbüsü ələ alıb və rəqibinə çətin anlar yaşadıb. Bunun nəticəsi olaraq, Hacıyev yekunda 9 xal fərqi ilə qələbə (11:2) əldə edərək, yığmamıza növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, güləş yığmamız “klassiklər”in mübarizəsində isə 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.

interposta.info
Nurməhəmməd Hacıyevdən ikinci qızıl -
Nurməhəmməd Hacıyevdən ikinci qızıl -
Nurməhəmməd Hacıyevdən ikinci qızıl -
Nurməhəmməd Hacıyevdən ikinci qızıl -
Nurməhəmməd Hacıyevdən ikinci qızıl -
Nurməhəmməd Hacıyevdən ikinci qızıl -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26