Interposta.Info

“Traxtur”dan mühüm addım:

İdman
 5-05-2017, 13:46     667

Təbrizin “Traxtur” futbol klubu “Azərsel” adlı mobil rabitə operatoru istifadəyə verəcək.

Axar.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə klubun icraçı direktoru Mustafa Acorlu iş adamlarının həmkarlar ittifaqı və dərnək müdirlərinin keçirdiyi tədbirdə çıxışı zamanı deyib.

“Bugünkü dünyada futbol həm də bir iqtisadi iş sayılır. Bunu nəzərə alaraq biz bu həftə bir müqaviləyə imza atdıq, həmin müqaviləyə əsasən, “Traxtur” klubu “Azərsell” adlı mobil rabitə operatoru istifadəyə verəcək. “Azərsell” ölkədə mövcud olan digər mobil rabitə operatorları ilə yanaşı fəaliyyət göstərəcək. Biz komanda tərəfdarlarından yeni operatordan istifadə etməyi xahiş edəcəyik”, - deyə o bildirib.

Acerlu daha sonra əlavə edib: “İki milyon “Traxtur” tərəfdarı klubun sim-kartından istifadə edərsə, klub bundan çoxlu gəlir əldə edəcək. Hələ 5 milyon sim-kart sata bilsək, klubun artıq maliyyə problemi qalmayacaq”.

Hazırda klubun 200 milyard rial borcu olduğunu bildirən M.Acorlu “Traxtur” tərəfdarlarına kluba yardım etmə yollarını da göstərib:
“Biz klubun iqtisadi vəziyyətini düzəltmək üçün “Kövsər” bankı, “İran” və “Razi” sığortalarından faydalanırıq, “Traxtur” tərəfdarları qeyd etdiyim bankda hesab açaraq, doğma komandalarına yardım edə bilərlər”, - deyə o əlavə edib.

M.Acorlu təmsil etdiyi klubun yaxın gələcəkdə “Kulak” mineral su və nağd pulu əvəz edən ödəniş kartlarının satışı ilə də məşğul olacağını da diqqətə çatdırıb

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26