Interposta.Info

"Qızıl top"un sahibi vəfat edib

İdman
 3-03-2017, 14:43     599

"Qızıl top"un sahibi vəfat edib

1958-ci ildə "Qızıl top"a sahib olmuş fransalı futbolçu Raymon Kopa vəfat edib.

"Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, məşhur hücumçu 85 yaşında dünyasını dəyişib.

Kopa 1958-ci il dünya çempionatının bürünc mükafatçısı, İspaniya "Real Madrid"inin heyətində Çempionlar Kubokunun üçqat qalibi (1956, 1958, 1959) olub. O, 4 qat Fransa çempionu və İspaniya La Liqasının ikiqat qalibidir.

Mərhum forvard Fransa millisinin heyətində 45 oyuna 18 qol vurub. O, Fəxri Legion ordeninə (1970) layiq görülmüş ilk futbolçu olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26