Interposta.Info

Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır-

İdman
 29-01-2017, 19:06     854

 Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır-

Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Musavat.com-a daxil olan məlumatda qeyd edilir ki, Kamerundan olan 4 nəfərin ailəsi maddi imkansızlıqdan Bakıya gələ bilmir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib.

Bildirək ki, hadisə bu il yanvarın 2-də Yasamal rayonunda baş vermişdi. Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu imiş. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.

5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.

interposta.info


 Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır-
 Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır-
 Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır-
 Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26