Interposta.Info

Azərbaycanda sevgilisi ilə birgə ölən şəxs direktor imiş —

Ölkə
 29-01-2017, 19:25     841

Azərbaycanda sevgilisi ilə birgə ölən şəxs direktor imiş —

Dünən Xaçmaz rayonunun Qarabağlı kəndində iş yoldaşı olan qadınlar birgə dəm qazından boğularaq ölən Namiq Tağıyevin biznesmen olduğu üzə çıxıb.

interposta.info xəbər verir ki, kənd sakinləri Lent.az-a bildirib ki, N.Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş.


Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" mətbəəsini yaradıb və bu mətbəənin direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb və burada onların arasında isti münasibət yaranıb.

*****
Bu gecə Xaçmaz rayonunun Qarabağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin təfərrüatı məlum olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, kənd ərazisində yerləşən evdə meyiti tapılan 49 yaşlı Namiq Tağıyev və 41 yaşlı Xalidə Mustafayeva iş yoldaşı olub. Dünən onların telefon zənglərinə cavab vermədiyini görən yaxınları evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Bildirilir ki, N.Tağıyev və X.Mustafayeva ailələri ilə birgə Bakıda yaşayıb. Onlar paytaxtdakı özəl şirkətlərdən birində çalışıblar və aralarında isti münasibət yaranıb. Bir neçə gün əvvəl isə N.Tağıyev Xalidə ilə birgə özünə məxsus avtomobillə Xaçmaza gedib. Onlar Xaçmazda N.Tağıyevə məxsus olan və Qarabağlı kəndində yerləşən evdə qalıblar və qaz sobasının otağa dolduruğu qazdan boğularaq vəfat ediblər.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Tağıyev evli, X.Mustafayeva isə subay olub.

*****
Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb.

Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26