Interposta.Info

"Neftçi" bu davaya görə ispan hücumçudan imtina etdi -

İdman
 28-01-2017, 20:27     681

"Neftçi" bu davaya görə ispan hücumçudan imtina etdi -

"Neftçi"nin almaq istədiyi hücumçulardan olan Daniel Lukas Seqoviyanın keçidi baş tutmayıb.

interposta.info qaynarinfo.az-a istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı hücumçudan "Neftçi" özü imtina edib.

Buna səbəb "Rayo Valyekano"nun sabiq yetirməsinin hazırda çıxış etdiyi Avstriyanın "Sankt Pölten" klubu ilə problemlərinin olması olub. Belə ki, "Mansdorf"la yoxlama oyununda (2:1) qvineyalı komanda yoldaşı Alhassan Keyta ilə penaltini vurmaq üstündə yumruq davasına çıxması böyük əks-sədaya səbəb olub.
"Neftçi" bu davaya görə ispan hücumçudan imtina etdi -


Nəticədə Bundesliqa klubu afrikalı hücumçu ilə müqaviləni pozub. Bu barədə komandanın baş meneceri Andreas Blumauer açıqlayıb.

Baxmayaraq ki, Daniel Lukas 2011-ci ildən çıxış etdiyi Avstriyada 146 oyuna 71 qol vurub və Bundesliqanın debütantı ilə yaya kimi müqaviləsi olub, o da bu hadisədən sonra klubdan ayrılmaq istədiyini bildirib. Ancaq bəllidir ki, klub özü də bu davadan sonra əsas hücumçusunu saxlamaqda maraqlı olmayıb. Görünür, "Neftçi" də bu futbolçu transfer olunarsa, Azərbaycanda tənqid olunacağını anladığından, son anda oyunçudan imtina etmək qərarına gəlib.

Qeyd edək ki, Daniel Lukas öz komanda yoldaşı ilə ilk dəfə problem yaşamır. O, ötən ilin aprelində "Sankt Pölten"in çempionat matçlarından "Liferinq"lə matçda (1:2) Andreas Doberlə penaltini vurmaq üstündə mübahisə edib.

interposta.info

"Neftçi" bu davaya görə ispan hücumçudan imtina etdi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26