Interposta.Info

Bakıda dəm qazından ölən futbolçuların

Ölkə
 2-01-2017, 15:31     743

Bakıda dəm qazından ölən futbolçuların

Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.

interposta.info xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.


Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.

Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.

Ötən gün Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

***

Bakıda mənzildən meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi komanda müəyyənləşib.

interposta.info apasport.az-a istinadən xəbər verir ki, bu oyunçular həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən "SabunçuSpor" klubunun üzvləridir.

Bu üç oyunçu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linus bu komandanın üzvləridir. Daha bir kamerunlu Senan Nike də əvvəllər "SabunçuSpor"un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıbmış.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.

interposta.info

Bakıda dəm qazından ölən futbolçuların
Bakıda dəm qazından ölən futbolçuların Bakıda dəm qazından ölən futbolçuların

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26