Bakıda ana və üç övladı öldü
Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.
İnterPosta.info xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.
Bildirilir ki, ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26