Interposta.Info


Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edildi

Gündəm
 22-04-2026, 16:39     314

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.
Goldmedia.az Report-a istinadən xəbər verir ki, qərar 2 və 1 ulduzlu hotellərə şamil olunub.
Belə ki, üç 2 ulduzlu və bir 1 ulduzlu hotelin kateqoriyası ləğv edilib. Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin sayı 279-dan 275-ə düşüb.
Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduzlu hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 73 %-ni təşkil edir.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26