Interposta.Info


Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olundu

Gündəm
 2-04-2026, 15:27     347

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.
Goldmedia.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub.
Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb.
Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda, ikisi isə regionda yerləşir.
Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 84 hotel 2 ulduzlu, 32 hotel isə 1 ulduzludur.
Təkcə Bakıda yerləşən ulduzlu hotellərin sayı 206-dır ki, bu da ölkə üzrə mövcud ulduz kateqoriyalı hotellərin təxminən 74 %-ni təşkil edir.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26