Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər
Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.
Goldmedia.az "Unikal"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu-xalaqızı) evlənib.
Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.
Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.
Bələdiyyəsi sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib: "Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

