Interposta.Info

Saxta klinika fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)

Gündəm
 16-10-2025, 12:34     40 288

Bədən şəkilləndirmə əməliyyatı etdirmək istəyən Cəmalə Rüstəmova həkim savadsızlığının qurbanı olub. O, "TikTok"da gördüyü reklama aldanaraq münasib qiymətə - 400 manata əməliyyat üçün Xəyalə İsmayılovanın klinikasına müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar yaranır və çürümələr müşahidə olunub.

Zərərcəkən Bakı şəhər prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinika bağlanıb. Lakin buna baxmayaraq, Xəyalə İsmayılova qeyri-qanuni fəaliyyətini davam etdirərək "TikTok" vasitəsilə pasiyent toplayır və Bakxanov qəsəbəsində yerləşən "Nova Med" Tibb Mərkəzində əməliyyatlar həyata keçirir.

ARB TV-nin əməkdaşları məsələni araşdırmaq üçün ona pasiyent kimi yaxınlaşıb, gizli çəkiliş aparıblar. Əldə olunan görüntülər saxta tibbi fəaliyyətin davam etdiyini təsdiqləyib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26