Interposta.Info

Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat (FOTO)

Gündəm
 21-08-2025, 11:52     39 144

Lənkəran Rayon Mərkəzi Xəstəxanasın direktoru Ağabala Kəlbiyev vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.


Vüqar Qurbanovun digər əmri ilə sözügedən vəzifəyə Məmmədova Nuridə Rafiq qızı gətirilib.

Qeyd edək ki, Nuridə Məmmədova bundan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26