Interposta.Info

Azad edilmiş ərazilərində İranla birgə keçirilən hərbi təlim davam edir (FOTO)

Gündəm
 20-05-2025, 21:00     25 200

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən "Araz-2025” birgə təlimi davam edir.

Müdafiə Nazirliyindən "İnterPosta"ya verilən xəbərə görə, ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.

Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan "Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26