Interposta.Info

Keçmiş başçının direktor qızı işdən çıxarıldı

Gündəm
 19-05-2025, 14:50     22 537

Bakıda yerləşən 200 saylı məktəb-lisey kompleksinin direktoru işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

"İnterPosta" manset.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə adıçəkilən məktəbin direktoru Esmira Quliyeva vəzifəsindən azad edilib.

Hazırda onun yerinə yeni təyinat yoxdur.

Qeyd edək ki, Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qızıdır.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26