Interposta.Info

4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub? (VİDEO)

Gündəm
 3-04-2025, 09:34     40 105


Valideyn vurulan qızdırma iynəsindən övladının iflic olduğunu iddia edir.

"Qafqazinfo” xəbər verir ki, 4 yaşlı Uğur Xankişiyevin valideyninin sözlərinə görə, uşağın qızdırması qalxdığı üçün təcili tibbi yardım çağırıb. Gələn həkimlər Uğuru Yasamalda Uşaq Klinik Xəstəxanasına aparıblar.

Lakin 3 gündən sonra evə buraxılacağı deyilən azyaşlının vəziyyəti vurulan iynədən sonra pisləşib.

Valideyn iddia edir ki, uşağın yaxşı olmadığını həkimə 3 dəfə bildirsə də, ona bunun normal hal olduğu deyilib.

Məsələ ilə bağlı Uşaq Klinik Xəstəxanasının Reanimasiya şöbəsindən bildirilib ki, valideynin iddiaları ilə bağlı araşdırma aparılır.

Ətraflı "Xəzər Xəbər”in videomaterialında:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26