Interposta.Info

Təmiri yarımçıq qalmış, övladının bəy otağından VALDEYİNLƏRİNİN FƏRYADI!VİDEOLAR+FOTO

Manşet / Paradoks / Ölkə
 19-11-2017, 17:40     9 917

Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan Qubadlı rayon sakini 1993-cü il təvəllüdlü İmanlı Cavidi arı sancması, ölümü ilə nəticələnməsi, ölkə mediyasında rezorans yaratmışdır. Baş vermiş ölüm faktı ilə bağlı materiallar artıq Sabunçu Prokurorluğuna göndərilib. Hazırda məsələ ilə bağlı ekspertiza da aparılır. Amma buna baxmayaraq mərhumun yaxunları narazıdırlar.

Mərhumun valdeyinlərinin “XeberBiz”-a verdiyi məlumata görə arı sancması nəticəsində qolunun şişdiyin görən 24 yaşlı gənc 3 saylı Kliniki Tibbi Mərkəzə şəxsən özü tək gedərək müayinə olmaq istəyib. Tibbi Mərkəzdədə zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyularaq, əməlyata götürülmüşdür. Lakin dekabr ayının sonu üçün toyu planlaşdırılan C.İmanlı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İmanlı Cavid əməlyyata getməmişdən 10-15 dəqiqə öncə bu video kadırları şəxsən özü çəkərək yaxınlarına göndərmişdir!




Cavidin bacısı: "Bu Allahsızlıqdır”

Cavid İmanlının bacısı sosial şəbəkə vasitəsi ilə müraciət yaymışdır. Arı sancması nəticəsində yerləşdirildiyi xəstəxanada vəfat edən gəncin bacısı Natavan Həsənli onun həkim tamahkarlığının qurbanı olduğunu deyib: "Mənim qardaşım İmanlı Cavid arı vurmasına görə öz ayağıyla Sabunçu xəstəxanasına gedib. Amma həkim Tağı Əliyev səhlənkarlıq edərək yoxlama aparmadan onun qolunu çərtib ki, çirkin olub olmamasını öyrənsin. Bu zaman ona narkoz vurulub. 24 yaşlı qardaşım narkozun şokundan rəhmətə gedib. 1 ay sonra toyu olacaqdı. Bu cür savadsız həkimlərin ucbatından qardaşımın arzusu yarımçıq qaldı.(lent.az)

Mərhumun bacısı Natavan Həsənli “XeberBiz”-a onuda bildirib ki, ekspertiza rəyi onları qane etməsə, Türküyədən özəl həkim qurupbası gətirdərək məzarı açdıracaqlar!

“XeberBiz” xəbər verir ki, İmanlı Cavidin ölümü faktı ilə bağlı Axar.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, arı sancması nəticəsində ölüm hallarının baş verməsi mümkündür. Ancaq bu, çox nadir hallarda baş verir. O bildirib ki, bir neçə il bundan öncə də arı sancması nəticəsində ölüm faktı qeydə alınmışdı:
“Bal arıları özləri də reaksiya yarada bilir. Lakin iri arılar ümumiyyətlə həddən artıq çox toksit maddə buraxır. Bu arıların sancması xüsusilə allergiyası olan insanlarda aneflaktik reaksiyalar yarada bilir. Adətən arı sancan insanda aneflaktik reaksiya olur, şok verir və həmin şəxs dərhal ölür. Bu allergiyanın fonunda olan reaksiyadır və adətən ölümlə nəticələnir”.
Ancaq A.Qeybulla bildirib ki, 24 yaşlı gəncin arı sancmasından sonra ölməsi faktı mütləq araşdırılmalıdır. Çünki arı sancdıqdan sonra şəxsə fleqmona diaqnozu qoyulubsa, bunun inkişafı üçün vaxt lazımdır:
“Bu o deməkdir ki, arı sancmasından sonra gənc dərhal ölməyib. Fleqmona diaqnozu toxumalarının hüdudlanmamış iltihabı deməkdir. Yəni dərialtı toxumalara infeksiya keçməsi və yayılmasıdır. İnfeksiya yayılır və tədricən geniş bir yeri əhatə edir. Bir müddət sonra isə o aktivləşir. Fleqmona cərrahi infeksiyadır. Xəstəyə bu diaqnoz qoyulubsa, cərrahi əməliyyat olunmalıdır. Qəribəsi odur ki, fleqmonanın inkişafı üçün müəyyən vaxt lazımdır. Üzərinə düşülməsə, insan ölə bilər. Ancaq gəncə bu diaqnoz qoyulub və əməliyyata alınıbsa, ardınca ölüm qeydə alınıbsa, bu olduqca təəccüblü məqamdır. Burada arı sancan şəxs xəstəxanaya müraciətindən və ona fleqmona diaqnozu qoyulduqdan sonra neçə saat müddətinə əməliyyata alındığı öyrənilməlidir. Ola bilər ki, xəstə əməliyyata gec salınıb və ölüm baş verib. Belə hallarda xəstə dərhal əməliyyata salınmalıdır”.
A.Qeybulla bildirib ki, əgər xəstə artıq əməliyyata götürülübsə, bu o deməkdir ki, o, aneflaktik şok keçirməyib və ölümün səbəbi bu deyil:
“Demək, arı sancan şəxs aneflaktik şokdan dünyasını dəyişməyib. Bu səbəbdən fakt mütləq araşdırılmalıdır ki, şəxs niyə əməliyyata götürülüb və məqsəd nə olub. Həmçinin ölümün səbəbi nədir, aydınlıq gətirilməlidir”.


Arı sancan gəncin əməliyyata alınmasına nə ehtiyac var?

İmanlı Cavidin atası və anası təmiri yarımçıq qalmış, övladlarının bəy otağından Azərbaycanın Prezidenti İlham Əliyevə və Mehirban xanım Əliyevaya müraciət edirlər!

İmanlı Cavidin valdeyinləri: Hörmətli Prezident digər ataların və anaların övladları Tağı Əliyev kimi həkimlərin qurbanı olmasın, deyirlər! - İDDİYA




interposta.info olaraq qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

İmanlı Cavidin özü səsləndirdiyi şeir



Təmiri yarımçıq qalmış, övladının bəy otağından VALDEYİNLƏRİNİN FƏRYADI! – VİDEOLAR+FOTO
Təmiri yarımçıq qalmış, övladının bəy otağından VALDEYİNLƏRİNİN FƏRYADI! – VİDEOLAR+FOTO
Təmiri yarımçıq qalmış, övladının bəy otağından VALDEYİNLƏRİNİN FƏRYADI! – VİDEOLAR+FOTO
Təmiri yarımçıq qalmış, övladının bəy otağından VALDEYİNLƏRİNİN FƏRYADI! – VİDEOLAR+FOTO
Təmiri yarımçıq qalmış, övladının bəy otağından VALDEYİNLƏRİNİN FƏRYADI! – VİDEOLAR+FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26