Interposta.Info

Sabunçuda 115 yaşlı bina təhlükədə - Sakinlər təşviş içindədir

Gündəm
 18-03-2025, 10:01     126 811


115 yaşlı bina qəzalı vəziyyətdədir. İki mərtəbəli bina külək əsəndə az qala tərpənir. Görüntülər Sabunçu rayonu şəhər şossesi küçəsi, döngə 5, ev 6 ünvanındandır.

Sabunçu rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər”ə təsdiqləyiblər ki, 2 mərtəbəli, 17 mənzilli yaşayış binası uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb. Lakin binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin müvafiq aktı yoxdur.

Buna baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən binanın texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim olunub. Aidiyyəti qurumların qəbul edəcəyi qərar icra olunacaq.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26