Nazirə yeni müavin təyin olunacaq, üç nəfərə general rütbəsi veriləcək (İDDİA)

Fövqəladə Hallar Nazirliyində (FHN) bir qrup şəxsə general rütbəsi veriləcəyi və bir nəfərin nazir müavini postuna gətiriləcəyi gözlənilir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dəyişikliklərin 16 dekabr Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu il dönümü ərəfəsində baş tutacağı bildirilir.
FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Həsənov Məhərrəm İmanqulu oğlunun nazir müavini təyin ediləcəyi, FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi Seymur Qaraşova, Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərliyə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Zaur Kərimova general rütbəsi veriləcəyi deyilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26