Interposta.Info

"Karvan Hotel Naftalan"-da yeniliklər+VİDEO

Gündəm
 13-07-2024, 19:02     38 558

Karvan Hotel Naftalan Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərində yerləşir. Burada qonaqların rahat istirahəti və dünyada tanınan Naftalan nefti ilə müalicəsi üçün hər cür şərait yaradılıb.

Şəhərin mərkəzində, gözəl havası ilə seçilən ərazidə yerləşən sanatoriyaya gələn qonaqlara təklif olunan paketi komfortlu otaqlarda gecələməklə 3 dəfə açıq bufetdə yemək, həkim müayinələri, fizioterapiyalar, analizlər, Naftalan vannaları və digər müalicəvi prosedurlar əhatə edir. Qonaqlara uyğun qiymətlərlə Ekonom, , Standart, Delüks, Karvan Suit nömrələr və Kotteclər təklif olunur. Otaqlar kondisioner, çoxsaylı kanallar olan tv, isti və eyni zamanda antibakterial xüsusiyyətləri ilə fərqlənən səthli döşəmə, ortopedik döşəkli çarpayılar, seyf, yüksək sürətli internet və başqa zəruri avadanlıqlarla təchiz olunub. Bütün otaqlardan eyvana çıxış mövcuddur.

Müalicəyə başlamazdan öncə qonalar həkim müayinəsindən keçirilir.
Müayinədən sonra və müayinə nəticələrinə əsasən prosedurların sayı həkim tərəfindən təyin olunur.

Karvan Hotel Naftalan Sanatoriyasında Tibb bölməsində Naftalan yağı və digər bərpa üsullarına əsaslanan geniş prosedurlar bazası mövcuddur; maqnitoterapiya, amplipuls, darsonval, fonofarez, elektrofarez, parafin, inhalyasiya, solyuks, Naftalan vannaları, UVÇ və bu kimi digər fizioterapiya prosedurlar. Qeyd edək ki, Naftalan vannaları qadağan olan qonaqlara eyni qiymətə alternativ müalicə prosedurları təklif olunur.

Buraya üz tutan qonaqlar açıq havada quraşdırılmış idman qurğuları, qapalı idman zalı, açıq hovuzdan da istifadə edə bilərlər.

Müalicə paketi ilə minimum qalma müddəti 7 gecədir. Həmçinin daha da effektli müalicəyə nail olmaq üçün azı 14 gün tövsiyə olunur.

Geniş parklama ərazisində qonaqlar avtomobillərini parklaya və elektrik mühərriki ilə işləyən avtomobillər üçün burada quraşdırılmış
enerji doldurma cihazından yararlana bilərsiz.
Qonaqların asudə vaxtlarında onlar üçün vaxtaşırı canlı musiqilər, həftənin şənbə və bazar günləri Azərbaycanın görməli və gəzməli yerlərinə turlar təşkil edilir.

Karvan Hotel Naftalana yerli qonaqlarla yanaşı dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Kanada, Avstraliya, Çin, İngiltərə, İtaliya, Fransa, Hollandiya, Almaniya, Yaponiya, Rusiya, Latviya, İsveçrə və bir çox başqa ölkədən gələnlər çoxluq təşkil edir.

Bu hələ hamısı deyil! Şahidi olmaq və Naftalan nefti ilə möcüzəni hiss etmək üçün sizi Karvan Hotel Naftalan Sanatoriyasında gözləyirik!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26