Interposta.Info

Məhkəmə Elnarə Qasımova barədə qərar verdi

Gündəm
 30-04-2024, 15:32     31 614

Məhkəmə "Abzas Media" işi üzrə həbs olunan Elnarə Qasımova barədə qərar verib.

"Report" xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.

Xatırladaq ki, E.Qasımova bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26