Interposta.Info

Almaniyada tutulan Marvud Vaqifzadə Bakıya gətirildi

Gündəm
 24-02-2024, 10:48     31 828

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib.

"İnterPosta" Ədliyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 24-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Marvud Vaqifzadənin ekstradisiyası həyata keçirilib.

Belə ki, 2021-ci ildə "Vorld Telekom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26