Interposta.Info

DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi

Gündəm
 29-09-2023, 12:07     324

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.

Bu barədə "İnterPosta"ya Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, Baş prokurorluğun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən "Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova Respublikasının vətəndaşı İon Secrierunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin, ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınnın ərazisində saxlanılaraq sentyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü İon Sekrieru Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə ittiham olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26