Interposta.Info

Dövlət Xidməti sökülməsinə etiraz edilən bina ilə bağlı məsələyə münasibət bildirib

Gündəm
 19-02-2024, 19:27     25 637


Bir neçə gündür, sosial şəbəkədə Keçmiş "Sovetski” ərazisində söküntü sahəsinə yaxın yerdə mövcud olan yaşayış binasının sökülməsinə dair etirazlar yazılır.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Yasamal rayonu, Səid Rüstəmov küçəsi 31 ünvanında yerləşən, inşa tarixi 1911-ci ilə aid olan bina memarlıq abidəsi kimi dövlət mühafizəsində olan abidələrin siyahısında mövcud deyil.

"Buna baxmayaraq, binanın tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qorunması məqsədilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təklifə baxılır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26